Bank Of Baku

Bayden OPEC+ ölkələrinin neft hasilatını azaltmaq barədə qərarına münasibət bildirib

Bayden OPEC+ ölkələrinin neft hasilatını azaltmaq barədə qərarına münasibət bildirib
# 04 aprel 2023 02:55 (UTC +04:00)

OPEC+ təşkilatının neft hasilatını azaltmaq barədə qərarının nəticələri bəzilərinin düşündüyü qədər pis deyil.

APA xəbər verirr ki, bunu ABŞ Prezidenti Co Bayden Minnesota ştatında bəyan edib.

Dövlət başçısından OPEC+ qərarını şərh etməsi xahiş olunub.

"Hər şey düşündüyünüz qədər pis olmayacaq", - deyə o bildirib.

Aprelin 2-də bir neçə OPEC+ ölkəsi qlobal enerji bazarının sabitliyini təmin etmək üçün may ayından 2023-cü ilin sonuna kimi neft hasilatının könüllü azaldılmasını elan edib.

Bu qərarlar OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin aprelin 3-də keçirilən iclasının yekunları üzrə təsdiqlənib.

Könüllü azalmaların ümumi həcmi sutkada 1,66 milyon barel (b/d) təşkil edəcək və OPEC+ sazişi çərçivəsində hasilatın sutkada 2 milyon barel azaldılmasına dair 2022-ci ilin noyabr ayından qüvvədə olan razılaşmalara əlavə olaraq olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR