Bank Of Baku

Bayden: Şimali İrlandiyada sülhün qorunması ABŞ üçün prioritetdir

Bayden: Şimali İrlandiyada sülhün qorunması ABŞ üçün prioritetdir
# 12 aprel 2023 16:40 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Şimali İrlandiya və İrlandiya Respublikasına səfəri çərçivəsində bu gün Belfastda çıxış edib. O, Yaxşı Cümə Sazişinin (Good Friday Agreement) 25-ci ildönümünü qeyd etmək üçün bu ölkələrə 4 günlük səfər edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, ABŞ Prezidenti Şimali İrlandiyanın Olster Universitetində çıxış edib. O, çıxışına 1991-ci ildəki son səfərini xatırlamaqla başlayıb.

Prezident qeyd edib ki, ABŞ-da Şimali İrlandiyada baş verənlərlə maraqlanan çox böyük bir icma var:

“Sülhün və “Yaxşı Cümə Sazişi”nin qorunması Birləşmiş Ştatlarda Demokratlar və Respublikaçılar üçün prioritetdir və bu, bu gün də belədir”,- deyə o, bildirib.

Qeyd edək ki, Yaxşı Cümə Sazişi və ya Belfast Müqaviləsi 10 aprel 1998-ci ildə imzalanmış və Şimali İrlandiyada 1960-cı illərin sonlarından bəri hökm sürən etno-millətçi qarşıdurmaya son qoyan sazişdir. Bu, 1990-cı illərdə Şimali İrlandiya sülh prosesində böyük inkişaf hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR