Kanadanın baş naziri Castin Trüdo ABŞ Prezidenti Co Baydenlə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Kanada hökuməti başçısının mətbuat xidməti məlumat yayıb.
Tərəflər Rusiyadakı vəziyyəti müzakirə edib.
Liderlər hadisələri yaxından izlədiklərini və sıx əməkdaşlığı dəstəkləyəcəklərini qeyd ediblər.
Bundan əlavə, iki ölkə liderləri Ukraynaya dəstəklərini bəyan ediblər.