Elmar Məmmədyarov İraq xarici işlər nazirinin müavini ilə görüşüb

 Elmar Məmmədyarov İraq xarici işlər nazirinin müavini ilə görüşüb
# 05 aprel 2018 15:39 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən aralıq Nazirlər Konfransı çərçivəsində İraq xarici işlər nazirinin müavini Said Şorş Xalidi qəbul edib

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Qoşulmama Hərəkatının Bakı toplantısının beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini deyən Said Şorş Xalidi Azərbaycanın 2019-2022-ci illərdə quruma uğurla sədrlik edəcəyinə əminliyini vurğulayıb. O, Azərbaycanda mühüm inkişafın müşahidə olunduğunu, təhlükəsizliyin və sabitliyin yüksək səviyyədə təmin edildiyini, eləcə də mühüm infrastruktur layihələrinin həyata keçirildiyini söyləyib.

E. Məmmədyarov həmsöhbətinə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına və İslam dininə aid maddi-mədəni, dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib.

Görüş zamanı eynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR