Oktyabrda bank sektorunda çalışanların sayı artıb

Oktyabrda bank sektorunda çalışanların sayı artıb
# 11 dekabr 2017 06:33 (UTC +04:00)

2017-ci ilin noyabr ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 470 nəfər təşkil edib. "APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, oktyabrda bank sektorunda çalışanların sayı 130 nəfər və ya 0,79% artıb. Belə ki, sentyabr ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16 340 nəfər olub.

Ümumiyyətlə, bu ilin 10 ayında bank sektorunu 477 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub.

Qeyd edək ki, bu ilin III rübündə ölkədə 31 bank fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR