Yardımlı sakinindən yarım kiloqram heroin aşkarlanıb

Yardımlı sakinindən yarım kiloqram heroin aşkarlanıb
# 09 yanvar 2020 12:26 (UTC +04:00)

Yardımlı sakinindən heroin götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yardımlı rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlikli kənd sakini, əvvəllər məhkum olunmuş Z.İbayevdən 500 qram heroin və 600 qram tiryək aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmkəndlisi A.Həşimov da saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR