Bakının Yasamal rayonunda bədbəxt hadisə zamanı 64 yaşlı kişi ölüb.
APA xəbər verir ki, hadisə 1-ci Alatava 31 J ünvanında qeydə alınıb.
1956-ci il təvəllüdlü Zərbəliyev Akif Misir oğlu həyətdə iş görən zaman evin damından yerə yıxılıb.
O, xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, A.Zərbəliyev ölüb.
Fakt araşdırılır.