Ağac və kollar əkilərkən bina və infrastruktur obyektlərdən minimal yerləşdirilmə məsafəsi müəyyənləşib

Ağac və kollar əkilərkən bina və infrastruktur obyektlərdən minimal yerləşdirilmə məsafəsi müəyyənləşib
# 24 yanvar 2018 13:36 (UTC +04:00)

Yaşıllıqlar salınarkən ağacın gövdəsi ilə bina və qurğunun xarici divarı arasında minimal məsafə 5 m, kolun topa kökü ilə minimal məsafə 1,5 m olmalıdır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”ndə əksini tapıb.

Ağacın gövdəsi və kolun topa kökünün dəmiryol xətti döşəməsinin kənarından minimal yerləşdirilməsi məsafəsi müvafiq olaraq 5 m və 3 m, şəki və bağ yollarının kənarlarından 0,7 m və 0,5 m, yolun keçid hissəsinin kənarlarından, bərkidilmiş yol çiyinlərinin və ya xəndəklərin kənarından 2 m və 1 m, işıqlandırma dirək və dayaqlarından, terrasların ətəyindən 1 m və 0,5 m, dayaq divarlarının daxili və xarici sərhədlərindən 3 m və 1 m olmalıdır.

Yeraltı şəbəkələrə gəlincə, ağacın gövdəsi və kolun topa kökünün qaz və kanalizasiya xətlərindən minimal yerləşdiriliməsi məsafəsi müvafiq olaraq 1,5 m və 1 m, istilik xətti kanalının divarlarından və boru xətlərindən 2 m və 1 m, rabitə və elektrik xətlərindən 2 m və 0,7 müəyyənləşib. Ağacın gövdəsinin körpülərin estakada və dayaqlarından minimal məsafəsi 4 m, su xətləri və drenajlardan 2 m olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR