Birləşmiş Ştatlar Yaxın Şərqdə münaqişə zonasında gərginliyin kəskin artması ilə əlaqədar İsrailə qarşı hər hansı mümkün təcavüzün qarşısını almaq üçün hərəkət etmək niyyətindədir.
APA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken İsrailə uçmazdan əvvəl Merilend ştatındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbətində deyib.
O, həmçinin xatırladıb ki, ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus bir aviadaşıyıcı artıq Aralıq dənizindədir.