Bank Of Baku

Blinken: ABŞ, Misir və İordaniya İsrailə qarşı yeni cəbhənin açılmasına imkan verməyəcək

Blinken: ABŞ, Misir və İordaniya İsrailə qarşı yeni cəbhənin açılmasına imkan verməyəcək
# 04 noyabr 2023 19:40 (UTC +04:00)

ABŞ, Misir və İordaniya İsrailə qarşı yeni cəbhənin açılmasına imkan verməyəcək.

APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken İordaniyanın paytaxtı Əmmanda Misir və İordaniya XİN rəhbərləri ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.

ABŞ rəsmisinin sözlərinə görə, ölkəsi Misir və İordaniya ilə birlikdə, İsrailə qarşı yeni cəbhə açmaqdan istənilən tərəfi çəkindirmək üçün, öz təsirlərindən istifadə etmək barədə razılığa gəlib.

“Hamımız bu məsələdə maraqlıyıq”, - Blinken əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR