ABŞ Rusiyanın taxıl sazişi ilə bağlı suallarını həll edib, lakin Moskva təkliflərə cavab vermir.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni BlinkenFransa radiosuna müsahibəsində bildirib.
“Bank işi, nəqliyyat və sair kimi potensial problemlərin konkret əlamətlərinə gəldikdə, biz bu məsələlərin həlli üçün hər şeyi etdik”, - deyə Blinken
O qeyd edib ki, indi gündəmdə BMT-dən Rusiyaya təklif var və bu təklif Rusiyanın bütün narahatlığına cavab verir, lakin Moskva buna reaksiya verməyib.
Rusiya Müdafiə Nazirliyi bundan əvvəl xəbərdarlıq etmişdi ki, iyulun 20-dən etibarən Qara dənizlə Ukrayna limanlarına gedən bütün gəmilər Rusiya tərəfindən potensial silah daşıyıcısı kimi nəzərdən keçiriləcək və Kiyev rejiminin tərəfində münaqişəyə cəlb edilmiş hesab ediləcək.
Rusiya Müdafiə Nazirliyi bunun taxıl müqaviləsinin dayandırılması və dəniz humanitar dəhlizinin məhdudlaşdırılması ilə bağlı olduğunu açıqlayıb.