Bank Of Baku

Blinken: "ABŞ Rusiyaya qarşı daha 120 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib"

Blinken: "ABŞ Rusiyaya qarşı daha 120 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib"
# 21 iyul 2023 06:33 (UTC +04:00)

ABŞ Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirərək, daha 120 nəfərə və təşkilata məhdudiyyətlər tətbiq edib.

APA xəbər verir ki, bu barədə cümə axşamı ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, mövcud məhdudiyyətlər digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynada müharibəni davam etdirmək qabiliyyətini zəiflətməyə yönəlib. “Bu sanksiyalar Rusiyanın kritik materiallara çıxışını məhdudlaşdıracaq, onun enerji istehsalı və ixrac imkanlarına mane olacaq, beynəlxalq maliyyə sistemindən istifadəsini azaldacaq və yan keçənləri (red. - ABŞ-ın əvvəlki məhdudiyyətlərindən) hədəfə alacaq”, - Blinken bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR