Bank Of Baku

Blinken: ABŞ Tayvanla bağlı "vahid Çin" siyasətinə sadiqdir

ABŞ dövlət katibi Entoni Blinken

© APA | ABŞ dövlət katibi Entoni Blinken

# 19 iyun 2023 15:56 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Tayvan ətrafında Çinin təxribat xarakterli hərəkətləri barədə Pekində yüksək səviyyəli görüşlərdə narahatlığını ifadə edib.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Blinken Pekində keçirdiyi görüşlərin yekununa dair brifinqdə deyib.

"Mən görüşlərimdə Çinin Tayvan ətrafında və Şərqi Çin dənizində təxribatçı hərəkətləri barədə ABŞ-ın və artmaqda olan digər ölkələrin narahatlığı barədə məsələni qaldırdım. Tayvanla bağlı ABŞ-ın "vahid Çin" siyasətinə sadiqliyini bir daha vurğuladım və bildirdim ki, bu siyasət dəyişməyib. Biz Tayvanın müstəqilliyini dəstəkləmirik. Biz istənilən tərəfdən status-kvonun dəyişdirilməsi ilə bağlı birtərəfli hərəkətləri dəstəkləmirik. Biz fikir ayrılıqlarına sülh yolu ilə həllin tapılmasını gözləyirik. ABŞ eyni zamanda Tayvanla Əlaqələr Aktına sadiqdir və həmçinin Tayvanın özünümüdafiə qabiliyyətinə malik olmasına əmin olmaq istəyirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR