ABŞ ilə İran arasında nüvə proqramı ilə bağlı heç bir razılaşma yoxdur.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken sinqapurlu həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, İranla məhbuslar məsələsində müzakirələr ayrıca aparılır.
ABŞ-nin baş diplomatı bildirib ki, bu məsələlərlə bağlı yayılan xəbərlər doğru deyil.
"Biz fəal işləməyə davam edirik", - deyə Blinken əlavə edib.