Bank Of Baku

Blinken: ABŞ Yaxın Şərqdə ikinci və üçüncü cəbhələrin açılmamasında qərarlıdır

ABŞ dövlət katibi Entoni Blinken

© APA | ABŞ dövlət katibi Entoni Blinken

# 03 noyabr 2023 18:29 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, onun ölkəsi İsrail-HAMAS müharibəsində digər cəbhələrin açılmamasında qərarlıdır.

APA xəbər verir ki, bu barədə dövlət katibi Blinken İsrailə səfərinin yekununda mətbuat brifinqində deyib.

"Hizbullah"la, Livanla və İranla bağlı biz başlanğıcdan bildirmişik ki, bu münaqişədə ikinci və ya üçüncü cəbhənin açılmamasında qərarlıyıq", - Blinken əlavə edib.

Blinken xatırladıb ki, müharibənin ilk günündən Prezident Bayden vəziyyətdən istifadə edib yeni münaqişə cəbhələri açmaq istəyənlərə bunu etməməklə bağlı xəbərdarlıq edib.

ABŞ dövlət katibi vurğulayıb ki, onun ölkəsi bu istiqamətdə regiondakı ölkələrlə diplomatik səviyyədə işləyir, həmçinin, praktiki addımlar atıb, regiona iki ədəd hərbi təyyarə göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR