ABŞ dövlət katibi Entoni Blinken Bolqarıstanın baş nazirinin müavini, xarici işlər naziri Mariya Qabriel ilə telefon danışığı aparıb.
APA xəbər verir ki. bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat yayıb.
Tərəflər Ukraynaya hərbi yardım, enerji təchizatının şaxələndirilməsi, eləcə də Avropa İttifaqının genişlənməsi ilə bağlı məsələləri müzakirə edib.
“Financial Times” avqustun əvvəlində yazıb ki, ABŞ hakimiyyəti Bolqarıstan və Koreya Respublikası ilə Ukraynaya 155 mm-lik mərmilərin tədarükünə dair müqavilələr bağlayıb.
Ötən həftə Bolqarıstanın Daxili İşlər Nazirliyi ilə Ukrayna Müdafiə Nazirliyi arasında zirehli texnikanın verilməsinə dair saziş layihəsi təsdiqlənib.