Bakıda TİSA şagirdlərinin sərgisi keçirilir

Bakıda TİSA şagirdlərinin sərgisi keçirilir
# 02 noyabr 2016 15:50 (UTC +04:00)

Bakıda Beynəlxalq Azərbaycan Məktəbi (TİSA) şagirdlərinin 5-ci ənənəvi sərgisi keçirilir.

APA-nın məlumatına görə, sərgiyə ABŞ-ın Azərbaycandakı səfirliyi dəstək verir.

"Təbiəti qoruyaq" adlı sərgidə şagirdlərin tullantılardan istifadə olunaraq hazırladıqları əl işləri nümayiş olunur. Sərginin bu gün Rəssamlar İttifaqında keçirilən açılış mərasiminə qatılan ABŞ səfir Robert Sekuta ətraf mühitdən necə istifadənin indiki dövrdə çox vacib olduğunu bildirib və insanların təbiətin qayğısına qalmalı olduğunu deyib. O, TİSA şagirdlərinin belə sərgi keçirməsini yüksək qiymətləndirib.

Sərgi noyabrın 8-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR