ABŞ dövlət katibi Entoni Blinken Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşüb.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi "Twitter" səhifəsində paylaşım edib.
Qeyd olunub ki, tərəflər Hind-Sakit Okean regionunda sülhün, sabitliyin və rifahın qorunması üçün vacib əməkdaşlığı və Ukraynaya dəstəyi müzakirə ediblər.