Bank Of Baku

Blinken G7 ölkələrindən olan həmkarları ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək

Blinken G7 ölkələrindən olan həmkarları ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək
# 11 aprel 2023 06:09 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Yaponiyada keçiriləcək Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşündə Ukraynadakı müharibə, nüvə silahsızlaşdırılması, ərzaq və enerji təhlükəsizliyi ilə bağlı mövzuları müzakirə etmək niyyətindədir.

APA-nın məlumatına görə, bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Blinkenin aprelin 14-18-də Vyetnam və Yaponiyaya səfərinə həsr olunmuş xüsusi brifinqdə deyib.

Aprelin 16-18-də Yaponiyanın Naqano prefekturasının Karuizava şəhərində G7 ölkələrinin diplomatiya rəhbərlərinin görüşü keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR