Bank Of Baku

Blinken: Humanitar fasilə HAMAS-ın girovları azad etməsi prosesinə kömək göstərə bilər

ABŞ dövlət katibi Entoni Blinken

© APA | ABŞ dövlət katibi Entoni Blinken

# 03 noyabr 2023 18:11 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken humanitar fasilənin HAMAS-ın girov götürdüyü şəxslərin azad olunması prosesinə kömək edə biləcəyinə inandığını deyib.

APA xəbər verir ki, bu barədə Blinekn İsrailə səfərinin yekununda mətbuat brifinqində bildirib.

"Bizim fokuslandığımız əsas məsələ HAMAS-ın girov götürdüyü şəxslərin azad olunması, təhlükəsiz şəkildə geri - evlərinə qaytarılmasıdır. Hesab edirik ki, digər addımlarla yanaşı, humanitar fasilə də bu səylərimizə kömək edə bilər, prosesi asanlaşdıra bilər", - Blinken vurğulayıb.

O qeyd edib ki, ABŞ administrasiyası ən yüksək səviyyədə dəfələrlə İsrailin öz xalqını müdafiə hüququnu və öhdəliklərini qətiyyətlə dəstəklədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR