Bank Of Baku

Blinken: İsrail-Livan sərhədində vəziyyət sakitləşib

Entoni Blinken

© APA | Entoni Blinken

# 08 oktyabr 2023 18:36 (UTC +04:00)

İsrail və Livan sərhədində vəziyyət indi sakit görünür.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.

“ABŞ prezidenti Co Baydenin ilk andan heç kimin vəziyyətdən istifadə etməyə çalışmamalı olduğunu deyirdi. Bunun səbəblərindən biri də bu münaqişədə, Livandakı Hizbullahla ikinci cəbhənin yaranmasının qarşısını almaq idi. Livandan İsrailə məhdud raket hücumlarını gördük, israillilər də dərhal cavab verirdilər və görünür, hər şey hələlik dayanıb. Hazırda vəziyyət sakitdir, lakin biz bunu çox diqqətlə izləyirik”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR