ABŞ dövlət katibi Entoni Blinken oktyabrın 12-də İsrailə səfər edəcək.
APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
"O, əlbəttə ki, İsrail liderlərindən üzləşdikləri vəziyyət barədə eşitmək istəyir. Dövlət katibi onların nəyə ehtiyacları olduğunu və necə dəstək verə biləcəyimizi öyrənmək istəyir”, - deyə Dövlət Departamentinin sözçüsü jurnalistlərə bildirib.