Bank Of Baku

Blinken İsrailə səfər etməyi planlaşdırır

Blinken İsrailə səfər etməyi planlaşdırır
# 01 noyabr 2023 04:26 (UTC +04:00)

ABŞ dövlət katibi Antoni Blinken noyabrın 3-də İsrailə səfər etməyi planlaşdırır.

APA-nın məlumatına görə, bu barədə “Reuters” ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Blinken “hökumət üzvləri ilə görüşmək üçün cümə günü İsrailə gəlmək” niyyətindədir. Bundan sonra ABŞ dövlət katibi regionun digər ölkələrinə səfər etməyi planlaşdırır.

Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi fonunda Blinken bundan əvvəl İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirə səfər edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR