Bank Of Baku

Blinken: "Kremlə dron hücumunu doğrulaya bilmirəm"

Blinken: "Kremlə dron hücumunu doğrulaya bilmirəm"
# 03 may 2023 20:09 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Ukrayna tərəfindən Kremlinə dron hücumu edilməsi ilə bağlı Moskvanın bəyanatlarını heç bir şəkildə doğrulaya bilmədiyini deyib. APA CNN-ə istinadən xəbər verir ki, Blinken fakt olmadan məsələ ilə bağlı rəy bildirməyin çətin olduğunu bildirib:

“Biz sadəcə bilmirik. Mən Kremldən gələn hər şeyə şübhə ilə yanaşardım. Biz faktların nə olduğuna baxacağıq. Faktları bilmədən məsələ ilə bağlı rəy bildirmək və ya fərziyələr irəli sürmək olduqca çətindir”, - Blinken əlavə edib.

Qeyd edək ki, Ukrayna Moskvaya dron hücumu edilməsi ilə bağlı hər hansı bir məlumatının olmadığını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR