ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Londonda danışıqlar aparıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu təmin etmək üçün yeni həll yollarını, eləcə də Ukraynanın Şimali Atlantika Alyansına üzvlük perspektivlərini müzakirə ediblər.