Bank Of Baku

Blinken qiyamdan sonra Putin üçün potensial təhlükənin aradan qalxmadığını düşünür

ABŞ dövlət katibi Entoni Blinken

© APA | ABŞ dövlət katibi Entoni Blinken

# 25 iyun 2023 17:59 (UTC +04:00)

ABŞ Rusiya Prezidenti Vladimir Putin üçün potensial təhlükənin aradan qalxmayacağını güman edir.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CBS telekanalında yayımlanan "Face the Nation" proqramına müsahibəsində deyib.

"Bu, inkişaf edən bir hekayədir. Biz son pərdəni görməmişik. Prosesi yaxından izləyirik. 16 ay əvvəl Rusiya qüvvələri Ukraynada Kiyevin astanasında idi və şəhəri bir neçə günə alacaqlarını və Ukraynanı müstəqil ölkə kimi xəritədən siləcəklərini düşünürdülər", - Blinken bildirib.

Blinken vurğulayıb ki, ancaq bu həftə sonu onlar Rusiyanın paytaxtı Moskvanı özlərinin hazırladığı muzdlu əsgərlərdən müdafiə etməli olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR