Malena Mard: “Aİ-Azərbaycan biznes forumuna hazırlıq gedir”

Malena Mard: “Aİ-Azərbaycan biznes forumuna hazırlıq gedir”
# 18 aprel 2017 10:14 (UTC +04:00)

“Avropa İttifaqı-Azərbaycan biznes forumuna hazırlıq gedir”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, bu məqsədlə Aİ-nin yüksək səviyyəli nümayəndə heyətinin Bakıya səfəri gözlənilir: “İyunun 8-də keçiriləcək forumda Azərbaycan və Aİ ölkələrinin 300-ə yaxın şirkətinin iştirakı edəcəyini gözləyirik. Biz biznesmenlərimizdən Azərbaycanda biznes mühiti barədə nə düşündüklərini öyrənə biləcəyik. Həmçinin Azərbaycanda islahatlara necə dəstək verə biləcəyimizi müəyyənləşdirməyi səbirsizliklə gözləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR