Gürcüstanda milli azlıqları təmsil edən gənclər dövlət qurumlarında təcrübə keçiblər

Gürcüstanda milli azlıqları təmsil edən gənclər dövlət qurumlarında təcrübə keçiblər
# 26 sentyabr 2017 13:32 (UTC +04:00)

Gürcüstanda milli azlıqları təmsil edən gənclər üçün dövlət qurumlarında təcrübə proqramının ilk mərhələsi başa çatıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilk mərhələnin yekunlarına həsr olunmuş tədbirdə proqramı müsbət qiymətləndirib.

Onun sözlərinə görə, təcrübə proqramında 65 azərbaycanlı və erməni gənc iştirak edib.

"Təcrübə proqramı növbəti illərdə də davam etdiriləcək. Təcrübə gənclərin gələcək karyerasında böyük rol oynayacaq", - deyə o söyləyib.

Tədbirdə təcrübə keçmiş gənclər çıxış edərək proqramla bağlı müsbət təəssüratlarını bölüşüblər. Sonda təcrübə proqramını uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR