Bank Of Baku

Blinken: Tayvan məsələsi bütün dünyada iqtisadi böhran yarada bilər

ABŞ dövlət katibi Entoni Blinken

© APA | ABŞ dövlət katibi Entoni Blinken

# 19 iyun 2023 16:30 (UTC +04:00)

Tayvan ətrafında 2016-cı ildən bəri təxribat xarakterli hərəkətlər yalnız ABŞ-ı deyil, digər ölkələri də narahat edir.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Pekində keçirdiyi görüşlərin yekununa dair brifinqdə deyib.

Blinken bildirib ki, Tayvan ətrafında yaranacaq böhran demək olar bütün dünyada iqtisadi böhrana səbəb ola bilər.

O qeyd edib ki, dünyada kommersiya konteynerlərinin 50%-i hər gün Tayvan boğazından keçir: “Yarımkeçiricilərin ixracının 70%-i Tayvanda həyata keçirilir. Əgər Tayvan ətrafında böhran yaranarsa, bunun dramatik nəticələri ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR