Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var
# 22 sentyabr 2017 13:51 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “VAZ 2104” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ"-ın sürücüsü, Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Asəf Mehdiyev bədən xəsarətləri alıb. Sürücü Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR