Bank Of Baku

BMT İran PUA-larının Rusiyaya göndərilməsi ilə bağlı sənədləri araşdırır

BMT İran PUA-larının Rusiyaya göndərilməsi ilə bağlı sənədləri araşdırır
# 27 iyun 2023 04:28 (UTC +04:00)

İranın BMT Təhlükəsizlik Şurasının 2231-ci maddəsini pozması ilə əlaqədar hesabat lazımi vaxtda veriləcək.

APA xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq bildirib.

“BMT Katibliyi İranın 2231 saylı qətnamənin 4-cü bəndini pozaraq Ukraynada istifadəsi üçün Rusiyaya pilotsuz uçuş aparatları verməsi ilə bağlı məlumatları hələ də təhlil edir və lazım gəldikdə bu araşdırmaların nəticılərini Təhlükəsizlik Şurasına təqdim edəcəyik”, - diplomat deyib.

Qeyd edək ki, ABŞ, Fransa, Böyük Britaniya , Ukrayna və Albaniya BMT baş katibini İran və Rusiya arasında hərbi əməkdaşlıq xüsusilə pilotsuz uçuş aparatların tədarükü ilə bağlı araşdırma aparmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR