BMT-nin baş katibi Antoniu Quttereş Rusiyada baş verənləri narahatlıqla izləyir.
APA-nın məlumatına görə, bu barədə Quterreşin mətbuat katibinin müavini Fərhan Haq bildirib.
Qeyd olunub ki, o, gərginliyin daha da artmasına yol verməməyə çağırır.
“BMT-nin baş katibi Rusiya Federasiyasında baş verənləri narahatlıqla izləyir. O, deeskalasiya addımları ilə bağlı son hesabatlardan xəbərdardır. Baş katib bütün tərəfləri məsuliyyətlə hərəkət etməyə və gərginlikdən qaçmağa çağırır”, - deyə Haq bildirib.