BMT qurumun baş katibi Antonio Quterreşin telefonlarının dinlənilməsi ilə bağlı xəbərlərlə bağlı ABŞ-a rəsmi narahatlığını bildirib.
APA-nın xəbərinə görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Düjarrik deyib: “Biz baş katib və digər yüksək səviyyəli BMT rəsmilərinin danışıqlarının ABŞ hakimiyyəti tərəfindən dinlənilməsi ilə bağlı xəbərlərə görə ev sahiblərinə rəsmi şəkildə narahatlığımızı bildirdik. Biz açıq şəkildə bildirdik ki, bu cür hərəkətlər ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və BMT-nin imtiyazları haqqında Konvensiyasında qeyd olunan öhdəliklərinə uyğun gəlmir", - Baş katibin nümayəndəsi vurğulayıb.