Bank Of Baku

BMT Talibanda qadınların işləməsinə qadağa qoyulmasını pisləyən qətnaməni təsdiqləyib

BMT Talibanda qadınların işləməsinə qadağa qoyulmasını pisləyən qətnaməni təsdiqləyib
# 28 aprel 2023 07:28 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası Taliban tərəfindən qadınlara qoyulan qadağanı pisləyən qətnaməni yekdilliklə dəstəkləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bir neçə ölkə qətnamənin lehinə səs verib.

Qətnamədə qadınların əməyinə qoyulan qadağa pislənir və Əfqanıstanın de-fakto hakimiyyətini bundan imtina etməyə çağırılır.

Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən qısa müddət sonra qızların və qadınların məktəb və universitetlərdə oxumaq imkanlarını məhdudlaşdırdı.

2022-ci ildə qadınların əməyinə məhdudiyyətlər tətbiq olundu, 2023-cü ilin əvvəlində bu məhdudiyyətlər gücləndirildi. Nəticədə BMT-nin Əfqanıstandakı missiyalarının əməkdaşları bir neçə həftədir öz vəzifələrini yerinə yetirə bilmirlər ki, bu da dünya təşkilatının bu ölkədə humanitar fəaliyyətinin həcmini azaldıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR