Bank Of Baku

BMT TŞ İsrail-HƏMAS gərginliyi ilə bağlı bəyanat qəbul etməyib - YENİLƏNİB

BMT TŞ İsrail-HƏMAS gərginliyi ilə bağlı bəyanat qəbul etməyib - YENİLƏNİB
# 09 oktyabr 2023 02:12 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı heç bir sənəd qəbul etməyib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frazier jurnalistlərə açıqlamasında bilirib ki, biz ümumi bəyanatı müzakirə etmədik.

O əlavə edib ki, müzakirə tərəflərin hazırkı vəziyyətdə mülki insanları qorumaq və zorakılığı dayandırmaq üçün nə edə biləcəyi ilə bağlı olub.

ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, Təhlükəsizlik Şurasının üzvləri bu hücumların baş verməməli olduğu barədə razılığa gəliblər.

“Ümid edək ki, vəziyyət daha da pisləşməyəcək. Onun yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, - Vud əlavə edib.

***

08.10.2023

Saat 23:30

BMT Təhlükəsizlik Şurasının Fələstin-İsrail münaqişəsinin gərginləşməsinə həsr olunmuş fövqəladə iclası keçirilir.

APA xəbər verir ki, bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski teleqram kanalında məlumat verib.

İclas Nyu-York vaxtı ilə saat 15:00-da başlayıb.

Tədbir bağlı qapılar arxasında keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR