Bank Of Baku

BMT Ukraynaya F-16 qırıcılarının tədarükü məsələsinə münasibət bildirib

BMT Ukraynaya F-16 qırıcılarının tədarükü məsələsinə münasibət bildirib
# 23 may 2023 04:06 (UTC +04:00)

BMT Ukraynada münaqişənin beynəlxalq hüququn müddəalarına uyğun olaraq sona çatmasını istəyərdi.

APA TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dyujarrik Qərbin bir sıra ölkələrinin F-16 qırıcılarını Kiyevə təhvil vermək niyyətini şərh edərkən söyləyib.

“Bizim məqsədimiz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və müvafiq qətnamələrə uyğun olaraq bu münaqişənin sona çatmasını görməkdir”, - deyə Stefan Dyujarrik bildirib.

Mayın 21-də ABŞ Prezidenti Cozef Bayden Xirosimada G-7 sammitinin yekunları üzrə mətbuat konfransında Qərbin ukraynalı pilotların dördüncü nəsil qırıcılardan, o cümlədən F-16-dan istifadə edə bilməsi üçün onlara təlim keçiriləcəyini söyləyib.

Habelə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan deyib ki, Vaşinqton hansı dövlətlərin Kiyevə F-16 təyyarələrini verəcəyi məsələsini yaxın aylarda məsləkdaşları ilə müzakirə edəcək. O xatırladıb ki, ABŞ administrasiyasına görə, bu qırıcılar Qərbin Ukraynanı əks-hücuma hazırlamaq üçün prioritet tədarüklər siyahısına daxil edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR