Prokuror bacanağını qətlə yetirən şəxsə cəza istəyib

Prokuror bacanağını qətlə yetirən şəxsə cəza istəyib
# 07 mart 2017 12:28 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Emin Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, E. Nəsirovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sonra təqsirləndirilən şəxsin vəkili Əbil Həsənov hüquqlarını müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini xahiş edib.

E. Nəsirov son söz üçün məhkəmədən vaxt istəyib.

Proses martın 14-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyulun 8-də Quba rayonunun Nügədi-qazmalar kəndində Birinci Nügədi kənd sakini 1987-ci il təvəllüdlü Neymət Xəlilovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Araşdırma zamanı məlum olub ki, Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Nəsirov Emin Məhəmməd oğlu münaqişə zəminində bacanağı, N.Xəlilovu bıçaqlayaraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR