Braziliyada baş vermiş daşqında ölənlərin sayı 31-ə çatıb.
APA xəbər verir ki, bu barədə yerli xilasetmə orqanlarının məlumatında qeyd olunub.
Son məlumata əsasən daha dörd nəfərin meyiti tapılıb.
Axtarış-xilasetmə əməliyyatları davam edir. Bir neçə nəfərin itkin düşdüyü bildirilib.
Təbiət hadisəsi 52 mindən çox insana zərər vurub. 5300 insan evini tərk etmək məcburiyyətində qalıb.
***
06.09.2023
Saat 12:02
Braziliyanın Rio-Qrandi-du-Sul ştatında indiyə qədər baş vermiş ən güclü daşqınların ilkin nəticələrinə görə ən azı 22 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə yerli xilasetmə orqanlarının məlumatında qeyd olunub.
Məlumatda deyilir ki, güclü yağışların əmələ gətirdiyi daşqınlar nəticəsində 1650 nəfər evsiz qalıb, onlarla yaşayış məntəqəsi ziyan görüb.
Bəzi ərazilərdə su axınının olduqca güclü olması səbəbindən evlər dağılıb və həmin ərazilərdən 5 minə yaxın insanı təxliyə edilib.