Bank Of Baku

Braziliyada “X” platformasından istifadəyə görə 9 min dollar cərimə tətbiq edilib

Braziliyada “X” platformasından istifadəyə görə 9 min dollar cərimə tətbiq edilib
# 31 avqust 2024 03:11 (UTC +04:00)

Braziliyanın Federal Ali Məhkəməsinin hakimi Aleksandre de Morais, məhkəmənin fəaliyyətini dayandırmaq qərarına baxmayaraq, "texnoloji hiylələrdən" və “X” sosial şəbəkəsindən istifadə etməyə davam edən şəxslər və şirkətlər üçün gündəlik 50,000 real (təxminən 9,000 dollar) cərimə kəsilməsinə qərar verib.

APA xəbər verir ki, bu barədə Braziliyanın Federal Ali Məhkəməsinin rəsmi internet saytında məlumat yerləşdirilib.

Qərara əsasən, Braziliya Milli Telekommunikasiya Agentliyinin (Anatel) prezidenti Karlos Manuel Bayqorri sosial şəbəkənin “fəaliyyətinin dayandırılmasını təmin etmək üçün bütün tədbirləri görməlidir”.

"Anatel" artıq məhkəmə qərarına əməl etdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR