Nazir: "BMT-nin qarşıya qoyduğu məqsədlərə regionda ilk olaraq Azərbaycan nail olub"

Nazir: "BMT-nin qarşıya qoyduğu məqsədlərə regionda ilk olaraq Azərbaycan nail olub"
# 30 iyun 2015 08:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Dünyada səfalətin və aclığın aradan qaldırılması ilə BMT tərəfindən qarşıya qoyulan və minilliyin əsas vəzifəsi kimi qəbul edilən məqsədlərə regionda ilk dəfə olaraq Azərbaycan nail olub".

"APA-Economics" xəbər verir ki, bunu "Rossiyskaya qazeta" nəşrinə müsahibəsində Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

"Bu nailiyyətlər BMT və onun Ərzaq və kənd təsərrüfatı məsələləri üzrə struktur bölməsi olan FAO tərəfindən də diqqətdən kənar qalmayıb. Buna görə, Azərbaycan BMT tərəfindən xüsusi mükafata layiq görülüb”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR