Gömrükçülər 13 200 ədəd pirotexniki vasitə müsadirə edib

Gömrükçülər 13 200 ədəd pirotexniki vasitə müsadirə edib
# 17 noyabr 2016 09:44 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən hər birində 600 ədəd olmaqla 22 qutu, ümumilikdə isə 13200 ədəd pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR