Bank Of Baku

Burkina Fasoda terrorçuların hücumu nəticəsində 30-dan çox adam ölüb

Burkina Fasoda  terrorçuların hücumu nəticəsində 30-dan çox adam ölüb
# 14 may 2023 06:27 (UTC +04:00)

Burkina-Fasonun şimal-qərbində islamçıların hücumu nəticəsində azı 33 nəfər ölüb.

APA xəbər verir kİ, bu barədə AFP məlumat yayıb.

Hücum Çeriba departamentinin Yulu kəndində (Bukl-du-Muhun rayonu) həyata keçirilib.

Burkina Faso 2015-ci ildən Qərbi Afrikada terror fəaliyyətinin episentrinə çevrilib.

Ölkədə bir neçə beynəlxalq ekstremist qruplar, o cümlədən “İslam Dövləti” qrupunun strukturu olan Böyük Səhrada İslam Dövləti və “Ənsarül-İslam” fəaliyyət göstərir.

Qeyri-hökumət təşkilatlarının məlumatına görə, son illərdə Burkina Fasoda 10 mindən çox insan terrorçular tərəfindən öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR