Putin və Tramp arasında telefon danışığı olub

Putin və Tramp arasında telefon danışığı olub
# 12 fevral 2018 18:58 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

APA-nın “RT”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya dövlət başçısı Fələstin lideri Mahmud Abbas ilə görüşü zamanı deyib.

“Bu dəqiqələrdə mənin ABŞ prezidenti cənab Trampla telefon danışığım olub”, deyə V.Putin bildirib.

Onun sözlərinə görə, söhbət zamanı həmçinin Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.

Donald Tramp Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası ilə əlaqədar Vladimir Putinə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR