Liviya sahillərində qayığın qəzaya uyğraması nəticəsində azı 30 miqrant ölüb

Liviya sahillərində qayığın qəzaya uyğraması nəticəsində azı 30 miqrant ölüb
# 26 noyabr 2017 00:24 (UTC +04:00)

Liviya sahillərində qayığın qəza uyğraması nəticəsində uşaq və qadınlar daxil olmaqla 30-dan çox miqrant ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərdən üçü uşaq, 18 nəfəri qadındır. Daha 80 nəfər xilas edilərək, ağır vəziyyətdə Tripolidəki hərbi bazaya çatdırılıblar.

İlkin məlumata görə, qayıq həddindən çox yüklənməsi səbəbindən çevrilib. Xilasetmə əməliyyatı zamanı göyərtəsində 120 miqrantın olduğu daha bir qayıq aşkar edilib. Beləliklə, ümumilikdə, 200 nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR