Bank Of Baku

Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən general ölüb

Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən general ölüb
# 08 may 2023 00:00 (UTC +04:00)

İnqilabçı Ernesto Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən Boliviya general, istefada olan Qari Prado 85 yaşında vəfat edib.

APAn xəbər verir ki, bu barədə bazar günü “El Deber” qəzeti məlumat yayıb.

Pradonun ölümünü oğlu da təsdiqləyib.

Qəzetin yazdığına görə, istefada olan generalın böyrəklərində problemlər yaranıb.

Fidel Kastronun yaxın adamı və 1959-cu il Kuba İnqilabının liderlərindən biri olan Çe Gevara 1967-ci ildə partizan hərəkatı təşkil etməyə çalışdığı Boliviyada tutularaq edam edilib. İnqilabçının tutulması və partizanlara qarşı mübarizəsi üçün Boliviya Parlamenti həmin il Pradonu milli qəhrəman adı ilə təltif etdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR