ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Vyanada Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının ofisinin rəhbəri Van İ ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.
Onlar Rusiya-Ukrayna müharibəsini, Tayvan məsələsini müzakirə ediblər.
“Tərəflər ABŞ-Çin ikitərəfli münasibətlərinin əsas məsələləri, eləcə də qlobal və regional təhlükəsizlik problemləri üzrə səmimi və konstruktiv müzakirələr aparıblar”, - sənəddə deyilir.