Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
# 03 avqust 2017 15:59 (UTC +04:00)

Təhsil naziri Mikayıl Cabbarov gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrin imzalanmasında məqsəd gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qruplarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək olub. Əmrə əsasən tədrisin Azərbaycan və rus dillərində aparıldığı gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid tədris planları və tədris planlarına dair “Qeydlər” (1-5 nömrəli əlavələr) təsdiq edilib. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Tədris planına əsasən gündüz ümumtəhsil məktəblərinin nəzdindəki qiyabi qruplar 9 nəfərdən az olmamaqla komplektləşdirilir. Qiyabi qruplarda dərslər məktəbin direktoru tərəfindən təsdiq olunmuş cədvəl üzrə həftədə 3 gün tədris edilir. Qiyabi qruplarda təhsil alanlar üçün tədris dilindən asılı olaraq, Azərbaycan dili (rus dili), riyaziyyat, fizika, kimya fənlərindən məktəb direktorunun təsdiqlədiyi cədvəl üzrə fərdi məsləhət məşğələləri təşkil edilir. Hər fənn üzrə fərdi məsləhət məşğələsinə həftədə 0,5 akademik saat ayrılır. Tədris olunan fənlər üzrə proqram materiallarının mənimsənilməsi səviyyəsini müəyyən etmək məqsədilə qiyabi qruplardakı təhsilalanların hər birindən şifahi formada zaçot qəbul edilir. Zaçotların qəbulu dərs ili ərzində müəyyən edilmiş günlərdə aparılır. Yarımillik və illik qiymətlər zaçotların nəticələrinə görə müəyyən olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR