Ceyk Sallivan: ABŞ və Ukrayna arasında təhlükəsizlik razılaşması pozula bilər

Ceyk Sallivan

© APA | Ceyk Sallivan

# 16 iyun 2024 14:52 (UTC +04:00)

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan xəbərdarlıq edib ki, Donald Tramp hakimiyyətə gələrsə, Ukrayna ilə təhlükəsizlik sazişi ləğv edilə bilər.

APA xəbər verir ki, bu barədə BRIEF Sullivana istinadən məlumat yayıb.

“Mən bu dəyişməz həqiqəti dəyişə bilmərəm. Mən heç kimi çaşdırmağa və yazılanların (söhbət “təhlükəsizlik zəmanətləri”ndən gedir - red) daş üzərində həkk olunduğunu söyləməyə çalışmayacağam”, - o deyib.

Onun sözlərinə görə, tarixdə bir hökumətin müqavilələrinin digər hökumət tərəfindən dəyişdirilməsi faktları olub.

Eyni zamanda, Sallivan qeyd edib ki, "bütünlükdə mövcud sübutlara görə" Birləşmiş Ştatlar adətən uzun müddətə müqavilələr bağlayarkən “idarələrdəki dəyişikliklərdən asılı olmayaraq” öhdəliklərə əməl edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR