Polis ABŞ-ın Çikaqo şəhərində silahlı “Trump Tower” göydələninə girən qadını tutub.
APA xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən məlumat yayan “Chicago Sun-Times” qəzeti digər təfərrüatları açıqlamayıb.
Qadın tibbi ekspertizaya göndərilib.
İnsident nəticəsində zərər çəkən olmayıb,
Hüquq-mühafizə orqanları hadisənin məişət xarakterli olduğunu, terror məqsədi daşımadığını ehtimal edir.
Qadın göydələndəki hotelin otaqlarından birinə girərkən ərinin pis rəftarından bezdiyini bildirib.
***
03.51
Çikaqoda “Tramp Tower” binasına silahlı qadın daxil olub.
APA xəbər verir ki, bu barədə “Chicago Sun-Times” polisə istinadən məlumat yayıb.
Hadisə yerinə xüsusi təyinatlı polislər cəlb olunub.
Qadın hələ də saxlanılmayıb.
Ölənlər və yaralananlar barədə məlumat yoxdur.
İlkin məlumata görə, hadisə məişət xarakterlidir və terror aktı deyil.
Məlumata görə, silahlı qadın ərinin pis rəftarından bezdiyini deyərək hotelə daxil olub.