Çinin Ottavadakı səfiri Konq Peivu Çin diplomatının deputatı və onun ailə üzvlərini qorxutması ilə bağlı iddialara görə Kanada Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın məlumatına görə, bu barədə “The Globe and Mail” məlumat yayıb.
Kanadanın xarici işlər naziri Melani Coli parlament üzvlərinə səfirin cümə axşamı çağırılması barədə məlumat verib. O qeyd edib ki, çinli diplomata Ottavanın “onun daxili işlərinə heç bir müdaxiləyə dözməyəcəyi” bildirilib. Colinin sözlərinə görə, Kanada hazırda Çin diplomatlarının ölkədən çıxarılmasına qədər “bütün variantları” nəzərdən keçirir.